“Hacı pivəsi”nin tərkibində spirt varmış – DYP-dən açıqlama

Avtoxəbər 30 May 2017 14:23 Oxunub 15874
“Hacı pivəsi”nin tərkibində spirt varmış – DYP-dən açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisindən "hacı pivəsi" içənlərlə bağlı açıqlama

Yay mövsümü və Ramazan ayının gəlişi ilə alkoqolsuz pivə ("Hacı pivəsi” adı ilə tanınır) məsələsi yenidən aktuallaşır. Əksəriyyətin sərinləşdirici içki kimi istifadə etdiyi "Hacı pivəsi”nə münasibət birmənalı deyil. Bəziləri akoqolsuz hesab edilən bu pivənin içilməsində heç bir qəbahət olmadığını bildirsə də, digərləri onun içilməsini doğru saymır. Nəfsinə hakim ola bilməyənlər isə "babalı istehsal edənin boynuna” deyib içir...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, "İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru, Rafiq Əliyev Modern.az-a reallıqda "Hacı pivəsi” brendi olmadığını bildirib: "Pivələrin tərkibində 12 faiz, "Hacı pivəsi”nin tərkibində isə 1 faiz spirt var. Pivə istehsalı ilə məşğul olan sahibkarlar, zavodlar bunu təsdiq edə bilər ki, tərkibinə spirt vurulmayan pivə qıcqırıb xarab olur. O cür pivəni içmək olmaz. Üstündə "sıfır faiz” yazılsa da, pivələrin tərkibində 1 faiz spirt var. Xüsusilə Ramazan ayında yeməkdən-içməkdən və buyurulan digər məsələlərdən imtina edənlər, 1 ay müddətinə "Hacı pivəsi”ni içmədən də dayana bilərlər. İslam spirtli içkini qadağan edir. Ona görə də özümüzü aldatmayaq ki, onun tərkibində spirt yoxdur. Əksər yerdə içilsə də bu pivənin adı "Hacı”dır, özü sadəcə spirti az olan pivədir”.

O deyib ki, babalın kimin boynuna olmasından asılı olmayaraq, günah onu içənin ayağına yazılır: "Hansısa yemək hazırlamaq olar ki, tərkibində konyak, çaxır yaxud başqa spirtli içkilər olsun. Yaxud satışda konyaklı şokoladlar satılır. Bu o demək deyil ki, babalı konfet istehsal edənin boynunadır..”.

R.Əliyev konfetin üzərində tərkibi barədə məlumat verildiyi halda, "Hacı pivəsi”nin üzərində "sıfır faiz” yazılmasını isə belə izah edib: "Bunu yazmasalar belə, hamı bilir ki, spirtsiz pivə olmur. Və kimsə bunu bilə-bilə içib "babalı kiminsə boynuna deməsin””.

Qeyd edək ki, bir neçə gün əvvəl Avtosfer.az saytı Bakıda bir sürücünün "hacı pivəsi" içdiyi üçün yol polisi tərəfindən saxlanılması barədə xəbər yayıb. Xəbərdə bilidirilir ki, Bakının rayonlarından birinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bir sürücünü saxlayaraq sərxoşluq müayinəsi keçiriblər. Sürücü isə bildirib ki, bir butulka alkaqolsuz pivə (hacı pivəsi) içib. Yol polisi təklif edib ki, sürücü bu barədə protokolda yazsın. Sürücü də bir cümlə yazıb ki, “bir butulka pivə içmişəm”. Yol polisi elə bu cümləyə əsaslanaraq həmin sürücünü sərxoş sürücü kimi qeydə alıb və avtomobili cərimə meydançasına aparıblar. Hazırda sürücü bu məsələdən baş-baş qalıb və alkaqolsuz pivə ilə sərxoş olmağın necə mümkün ola bildiyini düşünür. Sürücü bununla bağlı məhkəməyə müraciət etməyə hazırlaşır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, Azərbaycanda "hacı pivəsi" standartı mövcud deyil: "Yol polisi isə sərxoş sürücünü adi sözlə müəyyən etmir. Bunun üçün alkotesterdən və tibbi müayindən keçirilir. Ona görə də, vətəndaş sərxoş olmadığını iddia edirsə, məhkəməyə müraciət edə bilər. "Hacı pivəsi" içmək o demək deyil ki, sürücü sərxoş ola bilməz. Sürücünün qanında spirtin təsiri normadan artıqdırsa, o, sərxoş sayılır".

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh