«London taksi»lərində sayğac niyə işləmir?

Xəbərlər 11 Noyabr 2014 19:03 Oxunub 1759
«London taksi»lərində sayğac niyə işləmir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hava limanından şəhərə doğru gələn London taksilərində sayğaclar işə salınmır

Bəzi “London taksi”lərində sayğacın işləmədiyi məlum olub. “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev adına Hava limanından şəhərə doğru gələn London taksilərində sayğaclar işə salınmır.  Sərnişinlərə isə bu haqda əvvəlcədən məlumat verilmir. Bunun səbəbini sürücülərdən soruşduqda isə belə bir vəziyyəti gündəlik planlarının artırılması ilə izah edirlər. Bildirirlər ki, gündəlik plan 40 manata qaldırılıb. “Sayğac işləyəndə biz bu planı doldura bilmirik. Ona görə də bu metoda əl atmışıq. Dəfələrlə rəhbərliyə etirazımızı bildirsək də, bizi işdən çıxarmaqla hədələyiblər. Bir neçə sürücü də bu səbəbdən  işdən çıxarılıb. Bundan sonra digərləri də səsini çıxara bilmir. İşimizi itirmək təhlükəsi ilə üzləşirik”.

Qeyd edək ki, “London  taksiləri”nin digər taksilərdən özəlliyi onun getdiyi məsafənin qiymətini sayğacla göstərməsidir.  Hazırda 10 kilometr məsafəyə kimi 1 kilometr üçün gediş haqqı 70 qəpik, 10 kilometrdən 20 kilometrədək məsafə üçün 40 qəpik, 20 kilometrdən artıq məsafə üçün isə 20 qəpik müəyyənləşdirilib. Belə olan halda sürücülərin sayğac sisteminin işə salmaması haqlı olaraq müştərilərin də narazılığına səbəb olur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh