Qəza törədib qaçdı – Sərxoş, "avtoş" və 30 gün həbs - FOTO

Avtoxəbər 30 May 2017 16:23 Oxunub 1713
Qəza törədib qaçdı – Sərxoş, "avtoş" və 30 gün həbs - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda sərxoş halda qəza törədib qaçan "avtoş" həbs edilib

Bakıda sərxoş halda avtomobil avtoxuliqanlıq edən sürücü qəza törədərək qaçıb. Lakin o, polis tərəfindən saxlanılıb. Avtosfer.az-ın Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən əldə etdiyi məlumata görə, 1980-ci il təvəllüdlü Axundov Zaur Rafayıl oğlu idarə etdiyi "Hyundai" markalı, 10 MV 252 dövlət nömrə nişanlı avtomobillə avtoxuliqanlıq edib. Belə ki, sərxoş halda avtomobil idardə edən sürücü Badamdar qəsəbəsi ərazisində avtoxuliqanlıq edərkən yol qəzası törədib. Yol polisinə yaxalanmamaq üçün isə maşını orada ataraq qaçıb. Lakin DYP əməkdaşları onu yaxalaya biliblər. Onunla bağlı toplanmış materiallar Səbail rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Zaur Axundov 30 gün müddətinə inzibati qaydada həbs edilib. Bundan başqa, onun sürücülük hüququq 1 il müddətinə məhdudlaşdırılıb.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh