Bakıda qadın sürücü 130 minlik maşınla qəza törətdi – FOTOLAR
Qaydalar 30 May 2017 16:42 23395 dəfə oxunub
Bakıda qadın sürücü 130 minlik maşınla qəza törətdi – FOTOLAR
"Mercedes"in vurduğu "Hyundai" yoldan çıxaraq parka girib

Bu gün Nəsimi rayonu, Vaqif küçəsində yol qəzası baş varib. Avtosfer.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Mercedes GL" markalı, 90 VJ 099 dövlət nömrə nişanlı avtomobillə "Hyundai Santafe" markalı, 90 HM 466 dövlət nömrə nişanlı avtomobil toqquşub. "Mercedes"in vurduğu zərbədən idarəetməni itirən "Hyundai" səkiyə çıxaraq ağaca dəyib.

Hadisə şahidlərinin Avtosfer.az-a bildirdiyinə görə, 130 minlik "Mercedes"in sükanı arxasında qadın sürücü olub. Onun yaxınları hadisə yerinə gələn jurnalistlərə təzyiq göstərərək çəkiliş aparmağa imkan verməyib və maşının nömrəsini açıb gizlətmək istəyib.

Avtosfer.az-ın apardığı araşdırma zamanı isə məlum oldu ki, həmin "Mercedes GL" Fuad adlı şəxsə məxsusdur və heç kimə etibarnamə verilməyib.

 

Elmin

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh