Polislərin düşdüyü qəzanın görüntüsü yayıldı - Hər ikisi qayda pozub - VİDEO

Yol polisi 30 May 2017 17:18 Oxunub 9531
Polislərin düşdüyü qəzanın görüntüsü yayıldı - Hər ikisi qayda pozub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polislər qoşa xəttin tələbini pozur, onları vuran sürücü isə qarşı yola çıxıb

Bakıda bu gün səhər saatlarında polis əməkdaşlarının düşdüyü yol qəzasının görüntüləri yayılıb. Avtosfer.az xəbər verir ki, toqquşma anını əks etdirən görüntüləri şahidlər APA-ya təqdim ediblər.

Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində Səbail rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünə məxsus olan “Fiat Doblo” markalı, 99 AP 658 dövlət qeydiyyat nişanlı avtomobil və 10 VV 155 dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” markalı maşın toqquşub.

Qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi yaralanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh