Prezident "Beşmərtəbə"dən "Sovetski"yə gedən yeni yolda maşın sürdü - VİDEO

Yeniliklər 30 May 2017 22:33 Oxunub 22572
Prezident "Beşmərtəbə"dən "Sovetski"yə gedən yeni yolda maşın sürdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mərasimdə prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib

Paytaxtın mərkəzi hissəsində Yasamal rayonu ərazisində Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı olaraq çəkilən yeni yollar istifadəyə verildi. Tədbirdə iştirak edən prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya "Sovetski" ərazisində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması" layihəsinin birinci mərhələsi üzrə görülən işlər barədə məlumat verilib. Layihənin birinci mərhələsinə ümumi uzunluğu 7 kilometrdən artıq 5 küçədə aparılan yenidənqurma işləri, ikinci mərhələsinə isə ərazidə yaşıllıqların, parkların, istirahət zonalarının salınması, sosial infrastrukturun yaradılması daxildir. Layihənin icrasına 2016-cı il avqustun 5-də start verilib.

Aparılan işlər çərçivəsində Füzuli meydanında yerləşən dairə ləğv edilib. Avtonəqliyyat vasitələrinin hərəkəti layihə üzrə yeni istiqamətlərə yönəldilib. Belə ki, avtonəqliyyat vasitələrinin hərəkəti Şıxəli Qurbanov küçəsindən dairəyə çatmamış sağa, Füzuli küçəsinin davamı olaraq yeni salınmış yola, oradan da yeni yaradılmış geridönmə hissə ilə Mirzəağa Əliyev küçəsinə yönəldilib. Azərbaycan prospektindən gələn avtonəqliyyat vasitələri də layihə üzrə nəzərdə tutulmuş yeni sxem əsasında hərəkət edəcək.

Dövlət başçısı yeni yolların rəmzi açılışını bildirən lenti kəsib.

Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı olaraq salınan yeni yolların uzunluğu müvafiq surətdə 750 və 800 metr, eni isə 15 metr təşkil edir. Bu yolların istifadəyə verilməsi ilə ərazidə nəqliyyatın hərəkətinin normal tənzimlənməsi, tıxacların qarşısının alınması və piyadaların təhlükəsizliyi üçün hərtərəfli şərait yaradılıb. Layihə çərçivəsində yenidən qurulan 440 metr uzunluğunda Balababa Məcidov küçəsinin eni genişləndirildikdən sonra 15 metrə çatdırılıb. Burada da tam müasir yol infrastrukturu yaradılıb.

Abdulla Şaiq küçəsində və Nərimanov prospektində isə hazırda son tamamlama işləri aparılır. Yaxın günlərdə bu yolların da istifadəyə verilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh