9 marşrut xətti üzrə avtobusların hərəkət xəttində dəyişiklik edildi - SXEM

Yeniliklər 31 May 2017 14:30 Oxunub 10129
9 marşrut xətti üzrə avtobusların hərəkət xəttində dəyişiklik edildi  - SXEM
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çimərlik mövsümü ilə əlaqədar

Bakı Nəqliyyat Agentliyinin (BNA) qərarı ilə Bakı ətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 9 marşrut xətti üzrə avtobusların hərəkət xəttində dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev bildirib ki, dəyişikliyin məqsədi bu il çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir: "Mövsümi xarakretli dəyişikliyə əsasən, iyunun 1-dən etibarən 107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Buzovna” çimərliyinə, 172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Bilgəh” bağlarına, 173 nömrəli marşrut xətti üzrə avtobuslar “Pirşağı” bağlarına və çimərliyinə, 179 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar Süleyman Sani Axundov küçəsindən “Qızılqum” sanatoriyasına, 189 nömrəli müntəzəm marşrutdan 1 avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhiş” bağlarına, 141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin “Sahil” çimərliyinə, 108 və 134 nömrəli marşrut xətti üzrə avtobuslar “Görədil” və “Fatmayi” bağlarına, 210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə “Türkan” bağlarına qədər fəaliyyət göstərəcək".

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh