Yollardakı sarı zolaqlar nə zaman silinəcək? - Yol polisindən AÇIQLAMA

Yol polisi 31 May 2017 14:30 Oxunub 2782
Yollardakı sarı zolaqlar nə zaman silinəcək? - Yol polisindən AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Formula 1 Qran Prisi var hələ

İslam Oyunlarında hərəkətin təhlükəsizliyini təmin etmək üçün Bakıda yollara çəkilən xüsusi sarı zolaqlara daxil olanlara qadağa 23 mayda aradan qalxdı. Amma sarı zolaqların yollarda qalması bəzi sürücülərə çaşqınlıq yaradır. Bəs görəsən yollardakı sarı zolaqlar silinəcəkmi? Məsələ ilə bağlı Modern.az-a danışan Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, sarı zolaqların silinməsi ilə bağlı məsələ gündəmdə deyil. “Yollara çəkilən sarı xəttin bütövlükdə silinməsi üçün asfalt qaşınmalıdır. Asfaltın qaşınıb yerinə yeni asfaltın çəkilməsi yolların bağlanmasına və əlavə vəsaitin cəlb olunmasına səbəb olacaq. Tədbir başlamadan əvvəl bildirdik ki, yollara çəkilən sarı xətlər sürücüləri çaşdırmamalıdır, həmin sarı xətlər hərəkət istiqamətindəki yol zolaqlarından biridir. Bakıda keçiriləcək Formula 1 Qran Prisindən sonra bəzi ərazilərdəki sarı zolaqların üzərinə ağ qırıq-qırıq xətt çəkiləcək”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh