Taksilərdən yaxa qurtarmağın yolu tapıldı - FOTO

Yeniliklər 31 May 2017 16:47 Oxunub 2005
Taksilərdən yaxa qurtarmağın yolu tapıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda onlar üçün ayrıca yer hazırlandı

Paytaxtın Cavadxan və Hüseynbala Əliyev küçələrinin kəsişməsindəki dairədə nəqliyyat vasitələrinin o cümlədən sərnişin avtobuslarının və taksilərin xaotik hərəkətinin aradan qaldırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri tədbirlər görülüb. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə? sözügedən  ünvanda mövcud avtobus dayanacaq məntəqələrinin xətləri yenidən rənglənərək müvafiq nişanlar qoyulub. Ərazidə taksilərin avtobusların dayanacağa giriş-çıxışına maneə yaratmasının qarşısını almaq üçün yeni taksi duracağı yeri də müəyyənləşdirilib. Görülən infrastruktur tədbirləri ilə yanaşı Bakı Nəqliyyat Agentliyinin əməkdaşları əraziyə nəzarəti də gücləndirib.

Bakı Nəqliyyat Agentliyi paytaxtın digər küçə və prospektlərində də nəqliyyatın maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri tədbirləri davam etdirir.  

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh