Ucar sakini yeni maşın düzəldib - saatda 60-la hərəkət edir - VİDEO

Avtodünya 31 May 2017 23:30 Oxunub 2294
Ucar sakini yeni maşın düzəldib - saatda 60-la hərəkət edir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Jiquli" markalı maşının ehtiyyat hissələrindən istifadə olunub

Xarici görünüsü fərqli olsa da, əslində minik vasitəsi kimi istifadə olunur. Az yanacaq işlədən bu texnika saatda 60 km sürətlə hərəkət edir. Ucar rayonunun Qarabörk kənd sakini Samir Əhmədov illərdir ideyasını qurdugu bu texnikanı özü düzəldib. Bununla təsərrüfatındakı işləri rahat görə bilir. Ustanın bu vasitənin hazırlanmasında əsasən "Jiquli" markalı maşının ehtiyyat hissələrindən istifadə olunub. Bir aya hazırlanan texnika digərlərindən fərqlənir. Bu fərqlilik görənlərin büyük marağına səbəb olur.

Əsl peşəsi qaynaqçı olan Samir Əhmədovun maşını yanacaq sərfiyyatına da çox sərfəlidir. Hər 100 kilometrlık yola 3 litr bezin işlədir. Usta deyir ki, texnika hələ tam hazır deyil. Gecə saatlarında istifadə üçün ön və arxa faralar, əl tormuzu və elektirik generatoru quraşdırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh