Bu yol piyadalar və sürücülər üçün təhlükəlidir - VİDEO

Yazarlar 31 May 2017 23:35 Oxunub 1188
Bu yol piyadalar və sürücülər üçün təhlükəlidir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Silinmiş zolağın yaxınlığında avtobus dayanacağı da var

Zolaq olmayan yoldan keçən piyadalar həm özlərini, həm də sürücüləri təhlükə altına atırlar. Söhbət paytaxtın Nərimanov rayonu Həsən Əliyev küçəsindən gedir. Hər gün sürətlə şütüyən avtomobillərin arasından yolu keçməyə cəhd edənlərin sözlərinə görə, bir müddət əvvəl yol polisinin göstərişi ilə ərazidəki piyada zolağı silinib. Halbuki, silinmiş zolağın yaxınlığında avtobus dayanacağı da var.

Sakinlər deyir ki, zolağı Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsindəki tuneldən çıxan avtomobillərin rahat və maneəsiz hərəkətini təmin etmək üçün siliblər. Yəni tuneldən yüksək sürətlə çıxan avtomobillər piyadanı görməyib ağır qəzaya səbəb olmasın deyə.

İndi piyadaların tək istəyi ərazidə keçidin bərpa edilməsidir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, əraziya yol polisi və Bakı Nəqliyyat Agentliyinin əməkdaşları baxış keçirməlidirlər. Lazım gəlsə dayanacağın yerini dəyişməklə ona yaxın bir yerdə piyada zolağı çəkmək olar.

Bakı Nəqliyyat Agentliyinin sektor müdri Mais Ağayev isə deyir ki, "dayanacaq olan yerdə piyada zolağı da olmalıdır" deyə qayda yoxdur. Dayanacaq yolun əks tərəfinə yox, həmin istiqamətdə yaşayan sakinlər üçün də qoyula bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh