Gecə rayonlardan Bakıya sərnişin daşınır - Qadağaya məhəl qoyulmur - VİDEO

Qaydalar 31 May 2017 23:37 Oxunub 1817
Gecə rayonlardan Bakıya sərnişin daşınır - Qadağaya məhəl qoyulmur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə hal Balakən avtovağzalında da yaşanır

Gecə saatlarında rayonlardan Bakıya və əks istiqamətdə sərnişin daşıyan avtobusların hərəkətinə qadağa qoyulsa da, bəzi avtovağzallarda buna əməl olunmur. Belə hal Balakən avtovağzalında da yaşanır. Burada gecə saat 10-dan sonra Bakıya avtobus çıxır. Amma avtovağzaldan iddia edirlər ki, bu avtobuslar Balakən avtovağzalına məxsus deyil, onlar Laqadex-Bakı marşrutu üzrə işləyən maşınlardır. Sadəcə qısamüddətli fasilə üçün Balakən avtovağzalına daxil olurlar və bu avtobuslara bilet satılmır.

Rayon sakinlərini isə avtobusların hansı avtovağzala məxsus olduğu maraqlandırmır. Gecə yola çıxmaq onlar üçün əlverişli olduğundan Bakıya gedən bütün nəqliyyat vasitələrindən istifadə edirlər.

Gürcüstandan gələn avtobusların bu rayondan olan sərnişinləri daşımasından isə ən çox yerli sürücülər əziyyət çəkirlər. Sərnişinlər gecə vaxtı kütləvi şəkildə Bakıya getdiklərindən növbəti gün yerli avtobuslar sərnişin qıtlığı yaşayırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh