Həm qayda pozur, həm də özünü haqlı bilir - VİDEO

Avtoreyd 1 İyun 2017 21:07 Oxunub 4536
Həm qayda pozur, həm də özünü haqlı bilir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza şəraiti yaratdığı azmış kimi kobudluq da edir

Oxucumuz elektron ünvanımıza dünən rastlaşdığı hadisə ilə bağlı məktub göndərib. Məktubu olduğu kimi təqdim edirirk:

"Salam. Sizə çox minnətdaram ki, əhalini məlumatlandırırsınız. Sizə bir hadisəni danışım (video material əlavə olunur). 31 may 2017-ci il saat 18:50 - 19:00 radələrində (mənim video registratorumda tarix funksiyası işləmədiyinə görə videoda görünmür) Xətai rayonu Əhmədli qəsəbəsində, Xətai rayonu Su İdarəsinin yaxınlığında, Rahib Məmmədov küçəsinin sağ kənar zolağı ilə hərəkətdə olarkən sol tərəfimdən "Audi" markalı 10 FJ 222 dövlət nömrə nişanlı avtomobil qəfil qarşıma çıxaraq mənə yol vermədən məhəllə ərazisinə daxil oldu. Kəskin qəza şəraiti yaratdığı azmış kimi mənim ona siqnal verməyimi bəyənməyib qeyri-etik formada etiraz da etdi. Çox xahiş edirəm ki, bu məsələni ictimailəşdirəsiniz ki, həmin sürücü qanun qarşısında cavab versin. 

Öncədən təşəkkür edirəm.

Hörmətlə: Vətəndaş Emin Alıyev

Avtosfer.az həmin videogörüntünü təqdim edir:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh