Qaydanı pozan sürücünü maraqlı üsulla cəzalandırdılar - VİDEO

Maraqlı 1 İyun 2017 22:41 Oxunub 1329
Qaydanı pozan sürücünü maraqlı üsulla cəzalandırdılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü gördüyü mənzərə qarşısında rəzil duruma düşüb

Avropa ölkələrinin birində əlillər üçün nəzərdə tutulmuş park yerində avtomobilini saxlayan sürücü aktivistlər tərəfindən maraqlı üsulla cəzalandırılıb. Belə ki, əlilin yerini zəbt edən avtomobilin üzərinə çoxlu sayda kağızlar yapışdırılaraq tamamilə qapadılıb. Eyni zamanda avtomobilin qapısına və arxa şüşəsinə iri formada əlil tanınma nişanı vurulub. Bu mənzərəni görən sakinlər də aksiyaya dəstək veriblər. Avtomobilinin yanına qayıdan sürücü gördüyü mənzərə qarşısında rəzil duruma düşüb. İnsanların onu fitə basması və tənqid etməsinin ardından avtomobilinin alın şüşəsindəki kağızların bir qismini təmizləyən sürücü oradan uzaqlaşıb. Yol polisi də aksiyaçılara dəstək verib. Sonda isə avtomobilin fotosunu çəkərək cəzasını yazıb.

Qeyd edək ki, bir çox ölkələrdə əlillər üçün xüsusi park yerləri yaradılıb. Orada yalnız əlil tanınma nişanı olan avtomobillər saxlaya bilərlər. Avtosfer.az həmin görüntüləri təqdim edir: 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh