Qaydaları “çeynəyən” sürücü – Az qala süpürgəçini vuracaqdı - VİDEO

Avtoreyd 1 İyun 2017 16:30 Oxunub 2723
Qaydaları “çeynəyən” sürücü – Az qala süpürgəçini vuracaqdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Buna ancaq avtoxuliqanlıq adı vermək olar

Qaydaları pozan sürücülərə qarşı reydlərimiz davam edir. Bu dəfə kameralara düşən sürücü bir-birinin ardınca qaydaları “çeynəyir” desək daha düzgün olar. Video Bakıxanov qəsəbəsindən “Neftçilər” metrosuna gedən yol istiqamətində qeydə alınıb. Belə ki, 99 BE 056 dövlət nömrə nişanlı “OPEL SİGNUM” markalı avtomobil əvvələ işıqforda sağdan yol ayrıcına daxil olur. Daha sonra sağdan ötmə edərək yol kənarında təmizlik aparan işçinin üzərinə sürür. Xoşbəxtlikdən işçi kənara çəkilir və  vurulmur.

Daha sonra qadağan olunmuş yerdə əks yola çıxan sürücü qarşıdan gələn avtomobilə qəza şəraiti yaradır. Sürücünün bu hərəkətləri yalnız avtoxuliqanlıq kimi qiymətləndirilməlidir. Çünki, davamlı və ardıcıl olaraq qaydaları pozur, ərtafdakılara xəsarət yetirməyə cəhd edir, eyni zamanda məsuliyyətsizlik və saymamazlıq nümayiş etdirir.

Avtosfer.az bu məsuliyyətsiz sürücünün videosunu təqdim edir.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh