Tahirə yenə qəzaya düşdü - FOTO

Avtoxəbər 2 İyun 2017 01:06 Oxunub 1698
Tahirə yenə qəzaya düşdü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Allah saxladı, ölümdən döndüm”

Tanınmış jurnalist Tahirə Məmmədqızı avtomobil qəzası keçirib. Avtosfer.az-ın yenicag.az-a istinadən məlumatına görə, hadisə yas mərasimindən qayıdarkən baş verib. Hələ də şokda olan aparıcı-jurnalist ölümdən döndüyünü deyir: “Yaxın dostum, tanınmış rejissor Xamisin törətdiyi qəza nəticəsində dünyasını dəyişən xanımın yas mərasimindən qayıdırdım. İnanın, özümdə-sözümdə deyiləm. Heç sürətlə də sürmürdüm… Bir onda gördüm ki, maşına sol tərəfdən güclü zərbə dəydi. Həkimə necə, nə vaxt çatdırıblar xatırlamıram. Xəstəxanadayam, ayağımdan zədə almışam. Daha betər ola bilərdi, Allah saxladı, ölümdən döndüm”.

Qeyd edək ki, T. Məmmədqızı bir neçə dəfə avtomobil qəzası keçirib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh