Yol polisi cəbhədə xidmət edən gizirə divan tutur – SÜRÜNDÜRMƏÇİLİK

Xəbərlər 12 Noyabr 2014 02:41 Oxunub 2993
Yol polisi cəbhədə xidmət edən gizirə divan tutur – SÜRÜNDÜRMƏÇİLİK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol qəzasında övladını itirən hərbçimiz müstəntiqin hərəkətləri ilə bağlı Ramil Usubova şikayət edib

Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edən gizir Mehrab Baba oğlu Məmmədtağıyev moderator.az-a müraciət edərək Dövlət Yol Polisi (DYP) əməkdaşı Mahmud Maqsudov tərəfindən hüquqlarının kobud şəkildə pozulduğunu bildirib. Avtosfer.az-ın məlumatına görə, gizir Məmmədtağıyev bu məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubovdan kömək istəyir və müraciətin də nazirə çatdırılmasına çalışır.

Gizir Mehrab Məmmədtağıyev şikayət ərizəsində qeyd edib ki, 30.06.2014-cü il tarixdə ailəsi ilə birlikdə Kürdəmir rayonu Sığırlı kəndi ərazisində Bakı-Qazax avtomagistralının sağ tərəfində Gəncə istiqamətində dayanmış halda olarkən onun «VAZ -2107» markalı, 10 UB-187 dövlət nömrə nişanlı şəxsi avtomaşınını Tovuz rayonu Əyyublu kənd sakini Kərimov Niyaməddin Allahverdi oğlunun  idarə etdiyi mişar daşı daşıyan “Kamaz” markalı yük maşını vurub. Qəza nəticəsində gizirin 8 aylıq oğlu ölüb, özü, həyat yoldaşı və böyük qızı ağır kəllə-beyin travması, kiçik qızı isə boğaz və ayağından zədə alıb.

Şikayətçi bildirir ki, hadisəni  Bakı - Qazax avtomagistral yolunun Kürdəmir rayonu ərazisində yerləşən DİN-nin DYP-i postunun müstəntiqi Mahmud Maqsudov araşdırır. Zərərçəkmiş hərbçi hadisədən 5 aya yaxın vaxt ötməsinə baxmayaraq, müstəntiqin işi düzgün aparmamasından, süründürməçilikdən, işə yanaşmasından, hadisəni bilərəkdən başqa səmtə yönəltməsindən, hadisənin əsas səbəbkarı olan Türkiyəyə məxsus TIR markalı yük maşınının gizlədilməsindən şikayətlənir: «Hadisənin əsas səbəbkarı olan Türkiyənin hansısa şirkətinə məxsus TIR-avtomaşını müstəntiq tərəfindən bilərəkdən gizlədilməsi, mənim maşınımı vuran, oğlumun ölümünə səbəb olan”Kamaz” markalı yük avtomobilinin sürücüsünün hərəkətlərinə bəraət qazandırılması, hadisənı törədən sürücünün qoşqulu yük maşınını idarə edilməsinə icazəsinin (E-kateqoriyası) olmaması, sürücünün gözdən əlil olmasının, etibarnaməsinin olmamasının gizlədilməsi,  hadisəni gözləri ilə görmüş şahidlərin dindirilməməsi və izahat alınmaması onu təsdiq edir ki, müstəntiq Mahmud Maqsudov hansı səbəbdənsə hadisənı gizlədir». Hadisə şahidlərinin söylədiklərinə əsaslanaraq belə nəticəyə gəlmək olur ki, «VAZ- 2107» markalı avtomaşın Qazax istiqamətinə hərəkətdə olarkən maşında texniki nasazlıq yaranır, sürücü Mehrab Məmmədtağıyev avtomobili yolun sağ tərəfində saxlayaraq usta çağırır.

Həmin istiqamətdə hərəkətdə olan “Kamaz” markalı yük avtomobili 2 zolaqlı yolun sağ tərəf 1-ci zolağı ilə hərəkət edərkən, həmin zolağın sağ tərəfinin bir hissəsində dayanmış  "VAZ 2107" markalı avtomobili  görərək avtomaşını bir qədər sola, yəni 2-ci zolağa, onu ötməkdə olan MAN-markalı avtomobilə tərəf  çəkir. Bu zaman MAN-markalı avtomobilin arxasınca yüksək sürətlə hərəkət edən böyük həcmli TIR maşını 3-cü ötmə əməliyyatını edir. TIR ötmə əməliyyatını Bakı istiqamətinə hərəkət zolağı ilə Qzax istiqamətinə hərəkət zolaqlarının arasında olan dəmir mühafizə hasarı çəkiləcəyi nəzərdə tutulan boş çınqıllı hissədə aparır. Yüksək sürətlə hərəkət edən Türk TİR-i özünü təxmini olaraq qabaqda 50-70  metrlik məsafədəki hər iki hərəkət zolağının arasında olan ağır beton maneələrə çırpmamaq, öz yoluna çıxmaq üçün avtomobili sağa çəkərkən MAN markalı yük avtomobilində olan dəmir avadanlığın çıxıntısına dəyir. Yüksək sürətlə dəymə nəticəsində MAN markalı yük maşını bir qədər sağ tərəfə hərəkət edir. Sağ tərəfdə 1-ci zolaqla 2-ci zolağın arası ilə hərəkətdə olan (dayanmış «VAZ-2107»-ini keçmək üçün) “Kamaz” markalı yük avtomobili hərəkət edir. TIR-in MAN-ı vurması nəticəsində MAN markalı yük maşınında olan dəmir avadanlığın sağ tərəfindəkı çıxıntı “Kamaz” markalı yük maşınının kuzovunun sol tərəfinə toxunur. Toxunma zamanı “Kamaz"ın sürücüsü (gözdən əlil, etibarnaməsiz, qoşqulu yük avtomobilini idarə etmək hüququ olmayan) sağ tərəfə çəkib və yolun sağ tərəfində hərəkətsiz dayanmış VAZ 2107- markalı avtomobili vurub, 7-8 metr məsafəni qabağında sürükləyərək yolun kənarına atıb,  özü isə irəlidə 40-50 metr məsafədə aşıb. Nəticədə yuxarıda qeyd olunan ölüm və xəsarətlər baş verib. Digər bir  məsələ isə şahidlərin və zərərçəkmiş Mehrab Baba oğlunun söylədiklərindən məlum olur ki, “Kamaz” markalı yük avtomobili ilə «VAZ-2107» markalı avtomobilin arasında 3-4 metr məsafə olub. Sürücü səriştəli sürücü olsaydı bu hadisə də baş verməzdi. Həmin məsafədən həmin yük maşını rahatca keçə bilərmiş.

Hadisənin əsas səbəbkarı olan TIR-inin tapılmaması təəccüb doğurur. Hadisə yerindən Qazax istiqamətində 18 km məsafədə yerləşən DYP-nin postu və həmin  postda yol müşahidə kamerası olması, hadisənin əsas səbəbkarı olan TIR haqqında hadisə iştirakçıları və şahidlərdə TİR-in hansı şirkətə məxsus olması, markası, rəngi, hadisə nəticəsində çadırın (tent) parçalanıb yararsız hala düşməsi haqqında məlumat olmasına baxmayaraq müstəntiq Mahmud Maqsudov həmin avtomobilin tapılmadığını iddia edir.

Şikayətçi deyir ki, TIR sürücüsünün ölümlə nəticələnən hadisənin səbəbkarı kimi tapılıb məsuliyyətə cəlb olunması əvəzinə, müstəntiq Mahmud Maqsudov TIR-ın sürücüsünü hansı səbəbdənsə gizlədib, bütün məsuliyyəti avadanlıq daşıyan MAN markalı avtomobilin sürücüsü İsgəndərov Müstəcəb İsgəndər oğlunun boynuna qoyub. Ona AR Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb.

Şikayətçi gizir Məmmədtağıyev daxili işlər naziri Ramil Usubovdan bu məsələnin yenidən araşdırılmasını, pozulmuş hüquqlarının bərpa olunması üçün müvafiq şöbəyə göstəriş verməsini və nəzarətdə saxlamasını xahiş edir. moderator.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

VETENPERVER 10 Noyabr 2014 22:55
Meqalenin adI ile mezmun uygun gelmir. Bele gorunur ki herbchi zererchekendir ve pul isteyir. Yol polisi prichom. yeqin derc elemeyeceksiniz