Azərbaycanda "Avro-5" dizel və benzin istehsal ediləcək - VİDEO

Yeniliklər 2 İyun 2017 01:24 Oxunub 2194
Azərbaycanda "Avro-5" dizel və benzin istehsal ediləcək - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu barədə energetika naziri Natiq Əliyev deyib

Azərbaycanda Avro-5 satandarlarına cavab verən dizel və benzin yanacağı istehsal ediləcək. Xezerxeber.az məlumat verir ki, bunun üçün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda hazırlıqlar görülür. Bu barədə 24-cü Beynəlxalq Xəzər Neft-Qaz konfransında çıxışı zamanı energetika naziri Natiq Əliyev deyib. O  bildirib ki, 2020-ci ildə "Şahdəniz-2" layihəsi çərçivəsində ilk qaz hasil ediləcək. Bu bizə əlavə 16 milyard kubmetr həcmində qaz hasil etməyə imkan verəcək. Bununla da ölkədə 2020-ci ildə 44,5 milyard kubmetr qaz hasil ediləcək. Bununla yanaşı dünya bazarlarında neftin qiymətinin stabilləşməsi Azərbaycanı qane edir. Rəsmi Bakı OPEC-in bütün təkliflərini dəstəkləyir.

30 ölkəni təmsil edən 400- dən çox nümayəndənin iştirak etdiyi Beynəlxalq Xəzər neft , qaz konfransı 2 gün davam edəcək. Burda müxtəlif dövlətlərin nümayəndləri, aparıcı neft-qaz şirkətlərinin rəhbərləri və ekspertlər dünyada enerji hasilatı, idarə edilməsi və nəqli üzrə məsələləri müzakirə edəcək, məruzələrlə çıxış edəcəklər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh