Xanım sürücü avtomobilini 27 manat 80 qəpiyə öz adına keçirdi - FOTO

Xəbərlər 3 İyun 2017 13:58 Oxunub 4949
Xanım sürücü avtomobilini 27 manat 80 qəpiyə öz adına keçirdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əzizə: “Növbə prosesi 4 saat çəkdi və maşın rəsmən oldu mənim”

“Qeydiyyat üçün filan qədər pul lazımdır” fikri mifdir, xəbəriniz olsun. Cəmi 27 man 80 qəpik pul ödədim banka: Loru dillə desəm: 10 manat "oformlenie", 17 man 80 qəpik də "texpasport". Çekimi verdim, sənədimi aldım”. Avtosfer.az xəbər verir ki, bunu jurnalist Əzizə İsmayılova sosial şəbəkədə yazıb. O bildirib ki, bəzi xırda nüansları kənara qoysaq, hər şey sadə və rahatdır: “Düzdür, rayon qeydiyyatında olduğum üçün 3-cü otaqdakı qaşqabaqlı xanım, "gərək rayona gedəsiniz, burda mümkün deyil", deyə sifət turşutdu. 2-ci dəfədir, ora gedirəm. Müşahidə etmişəm ki, orada işləyən xanımların sifətində bir qram ifadə yoxdu. Dilucu salam almaq, adamı təpədən dırnağa süzmək, dodaqucu ən aşağı və əsəbi tonla söz demək. Adama elə gəlir ki, sanki ona borcun var, verməmisən...

"Qanun icazə verir" dedim, olmadı, maddəni izah etdim, eşitmədi. Dodağının altında rayona getməliymişəm, vəssalam, dedi durdu. Bəlkə nəyisə səhv bilirəm deyə, elə otaqda haminın yanında zəng etdim Ərşad müəllimə və bir də ondan soruşdum. Sağ olsun, bir də o eyni şeyi izah etdi. Xanım gördü, bu xına o xınadan deyil, məsələ həllini tapdı. Bakı seriyası qaldı, qeydiyyatdan da keçdim.

Sözüm odur ki, qanunun aliliyi burada mənim işimə yaradı...”.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh