Xaçmazda biabırçılıq: Turizm mövsümündə yollar niyə qazılır? - VİDEO

Yazarlar 2 İyun 2017 23:29 Oxunub 2670
Xaçmazda biabırçılıq: Turizm mövsümündə yollar niyə qazılır? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Turist öncə rahat yolu olan yer axtarır

Blogger Qorxmaz Mustafayev maraqlı bir video paylaşıb. Belə ki, Bakıdan şimala doğru Rusiya sərhədinə gedən yolun Xaçmaz rayonu ərazisindən keçən böyük bir hissəsində  qazıntı işləri aparılıb. Bunun nəticəsində yollar o qədər daralıb ki, sürücülər məcbur olub qarşı yola çıxırlar. Bu da tıxacların yaranmasına, qəza hallarına yol açır. Nəzərə alsaq ki, qarşıdan turizm mövsümü gəlir və insanların daha çox axın etdiyi yerlərdən biri də Nabran çimərlikləridir. Bu böyük problemlərə yol açacaq. Eyni zamanda bu yoldan Rusiyaya gedib-gələn avtomobillərin intensiv hərəkət etdiyini nəzərə alsaq işin düzgün vaxtda aparılmadığı aydınlaşar.

Qeyd edək ki, bu cür hallar turizm sektoruna ciddi təsir edən amillərdəndir. Çünki turist öncə rahat yolu olan yer axtarır. Əgər bir aydan sonra “Nabran yolu probkadır, getməyə dəyməz” sözlərini eşitsək heç də təəccüblənməyək. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh