Formula 1 bilet vauçerlərinin orijinal biletlə dəyişdirilməsinə başlanıldı - CƏDVƏL

Yarışma 2 İyun 2017 11:50 Oxunub 1624
Formula 1 bilet vauçerlərinin orijinal biletlə dəyişdirilməsinə başlanıldı - CƏDVƏL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək

Formula 1 Azərbaycan Qran Prisinə alınan bilet vauçerlərinin orijinal biletlə dəyişdirilməsi prosesinə başlanılıb. Bu barədə Avtosfer.az-a Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən məlumat verilib. Bildirilir ki, iyunun 1-dən etibarən şəhərin kassalarında bilet vauçerlərini biletlərin əsli ilə dəyişmək mümkün olacaq. Bu proses iyunun 25-i yarış başlayanadək davam edəcək. Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini gətirməlidirlər. Bilet vauçerlərini yalnız bu vauçerlərin üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər. Bununla yanaşı, bilet satışı kassalarda və həmçinin onlayn qaydada davam edəcək. Onlayn alınan bilet vauçerləri 2017 Formula 1 Azərbaycan Qran Prisi başlayanadək müvafiq kassalarda biletlərin əsli ilə dəyişdirilməlidir. Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək.

Kassalar

Ünvan

İş saatı

28 Mall

Azadlıq pr. 45, 28 Mall TM

10:00 - 22:00

2 Saylı ASAN Xidmət (AMAY)

ASAN, Alfred Nobel küç. 23, Xətai,

10:00 - 19:00

3 Saylı ASAN Xidmət (Fresco Market)

ASAN, Abbas Mirzə Şərifzadə küç. 157, Yasamal,

10:00 - 19:00

Gənclik Mall

Fətəli Xan Xoyski 38, Bakı,

10:00 - 22:00

Heydər Əliyev Sarayı

Bül-Bül pr.35., Bakı,

11:00 - 19:00

Kiosk 1 (Azərbaycan Kinoteatrı)

Rəsulzadə və Əziz Əliyev küçələrinin kəsişməsində, Bakı,

12:00 - 21:00

Kiosk 2 (Kontinental)

Nizami küç. 95,

11:00 - 19:00

Kiosk 3 (Hökümət Evi)

Üzeyir Hacıbəyli küç. 69,

10:00-18:00

Park Bulvar

Neftçilər pr. 92, Park Bulvar TM,

10:00 - 22:00

Yarış həftəsonu ərzində tamaşaçılar şəhərin kassaları ilə yanaşı yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də bilet vauçerlərini dəyişə biləcəklər. Bilet sahiblərindən xahiş olunur ki, vauçerlərin dəyişdirilməsini son günə saxlamasınlar, əks halda kassaların önündə uzun növbələr yarana bilər. Biletlə əlaqədar yaranmış sualları [email protected] elektron ünvanına göndərə bilərsiniz. Satışda olan biletlər və tribunalar haqqında ətraflı məlumat üçün bu keçidə daxil olun: www.bakucitycircuit.com

ŞƏRH YAZ
Ad

E-mail

Şərh