Güclü sel daha bir yolda fəsadlar törətdi - FOTO

Avtoxəbər 2 İyun 2017 15:16 Oxunub 1168
Güclü sel daha bir yolda fəsadlar törətdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Güclü sel suları palçıq, daş və ağac qırıntılarını yolun hərəkət hissəsinə doldurub

Güclü sel Qaraməryəm-İsmayıllı-Şəki yolunda da fəsadlara yol açıb. Belə ki, "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, bölgəyə ötən gecədən başlayaraq yağan güclü leysan yağışları bu gün günorta saatlarında daha da güclənib. Yağışdan sonra dağlardan gələn sel suları sözügedən avtomobil yolunun 38-40-cı km-lik hissəsində avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Güclü sel suları palçıq, daş və ağac qırıntılarını yolun hərəkət hissəsinə doldurub. Dərhal əraziyə “Azəravtoyol” ASC-nin əməkdaşları və ağır texnikaları əraziyə cəlb edilərək yolun təmizlənməsi istiqamətində işlərə başlayıblar. Qsa müddət ərzində yolda hərəkət bərpa olunub.

Hazırda da ərazidə selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh