Bakıda şüşə kimi yol - Ziya Bünyadov prospekti açılır - FOTO

Yeniliklər 12 Noyabr 2014 13:33 Oxunub 2239
Bakıda şüşə kimi yol - Ziya Bünyadov prospekti açılır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun salınmasında müasir texnikadan istifadə olunur

Ziya Bünyadov prospeksində artıq asfalt-beton örtüyünün sonuncu üst (aşınma) qatının döşənməsi işləri sürətlə davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Avtosfer.az-a verdiyi məlumata görə, işlərin tez bir zamanda başa çatdırılması üşün geçə saatlarıda da çoxlu sayda işçi qüvəsi və texnika cəlb olunur. “Lazer cihazları ilə əhatə olunmuş asfalt döşəyən maşınların eyni vaxtda işləməsi asfalt-beton örtüyünün keyfiyyətli və hamar döşənməsinə şərait yaradır. Eyni zamanda imkan verir ki, yol boyu texnoloji tikişlər olmasın və asfalt-beton örtüyünün ömrü uzun olsun”, - deyə Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, Böyükşor küçəsi ilə kəsişmədə yerləşən tunelə qədər asfalt-beton işləri yekunlaşıb. Paralel olaraq yol boyu səki hissəsində tamet daşlarının düzülməsi, işıq dirəklərinin quraşdırılması, piyada keçidlərinin tikintisi və Ziya Bünyadov prospektinin sonunda Böyük Şor qovşağına girmədən nəqliyyatın geri dönməsi üçün yeni hissə tikilir. “Hava şərəiti imkan verərsə, 9,2 km. məsafədə asfalt-beton örtüyünün üst qatının döşənməsi işlərinin noyabr ayı ərzində yekunlaşması gözlənilir”, - deyə P.Mürsəliyev bildirib.

 

Nurlan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh