Eyni "zapçast"dır, amma qiymətləri arasında 300 manat fərq var - VİDEO

Avtoxəbər 3 İyun 2017 00:46 Oxunub 3019
Eyni "zapçast"dır, amma qiymətləri arasında 300 manat fərq var  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Keyfiyyətsiz avtomobil ehtiyat hissələri çoxalıb

Eyni avtomobil üçün ehtiyyat hissələrinin qiyməti biri-birindən 2-3, hətta 5 dəfəyə qədər fərqlənir. Original və müxtəlif firmaların ehtiyyat hissələri olan belə mallar, sürücülərin çaşğınlıqına səbəb olur. Ustalar isə sürücüləri diqqətli olmağa çağırır. Eyni ehtiyyat hissələri arasındakı qiymət fərqi o qədərdir ki, birinin qiymətinə digərindən 5 ədəd almaq olar. Bu detalları fərqləndirən ən əsas xüsussiyyət isə birinin avtomobilin öz zavodunun, digərinin isə müxtəlif firmaların istehsalı olmasıdır.

Satıcılar bildirir ki, sürücülər əsasən qiyməti ucuz olduqu üçün original olmayan ehtiyyat hissələrinə üstünlük verirlər. Avtomobil ustaları isə bunu doğru saymır. Onların sözlərinə görə, firma malının keyfiyyəti original malın keyfiyyətindən aşağı olur, bu isə avtomobilin digər hissələrinin də sıradan çıxmasına səbəb olar bilir.

Original olmayan ehtiyyat hissələri tez xarab olduğu üçün sürücülər ilə usta və ya ehtiyyat hissələri satıcıları arasında mübahisələrin yaşanmasına da səbəb olur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh