Sürücü törətdiyi qəzanın məsuliyyətindən boyun qaçırır - VİDEO

Xəbərlər 3 İyun 2017 01:02 Oxunub 2434
Sürücü törətdiyi qəzanın məsuliyyətindən boyun qaçırır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəyən ziyanın ödənilməsi üçün sürücülük vəsiqəsi girov qoyulub

Sürücü törətdiyi qəzanın məsuliyyətindən boyun qaçırır. Bu ilin fevral ayında Gədəbəyin Qurudərə kəndində qəza baş verib. İdarə etdiyi avtomobillə sürət həddini aşan 24 yaşlı Süleyman İbrahimov yol kənarında yerləşən Adil İsmayılova məxsus tövlənin üstünə aşıb. Nəticədə tövlənin divarları və dam örtüyünə ziyan dəyib. Hadisə yerinə polis gəlib. Dəyən ziyanın ödənilməsi üçün sürücülük vəsiqəsi girov qoyulub. Hadisənin baş verməsindən 3 aydan çox vaxt keçməsinə baxmayaraq sürücü Süleyman İbrahimov dəyən ziyanı ödəməyib, həmçinin vəsiqəsi ilə də maraqlanmır.

Gədəbəy rayon Polis Şöbəsindən isə bildirildi ki, həmin vaxt hüquqi qaydada protokol tərtib edilib və hadisəni törədən şəxs cərimələnib. Tərəflər öz aralarında razılığa gəldiyi üçün isə işə xitam verilib. Şöbədən həmçinin bildirdilər ki, şikayətçi tərəf dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət edə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh