Bakı-Şamaxı yolunda vəziyyət pisləşib - Rəsmi

Avtoxəbər 3 İyun 2017 01:22 Oxunub 1547
Bakı-Şamaxı yolunda vəziyyət pisləşib - Rəsmi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şamaxının Birinci Çaylı kəndində yeni sürüşmə sahəsi əmələ gəlib

Bakı–Şamaxı avtomobil yolunun 106-107-ci kilometrliklərindəki sürüşmə sahəsi aktivləşib. Avtosfer.az xəbər verir ki, bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib. O bildirib ki, atmosfer yağıntıları nəticəsində Şamaxının Birinci Çaylı kəndində yeni sürüşmə sahəsi əmələ gəlib.

S.Əmiraslanov qeyd edib ki, Şamaxının Ağsu çayının sağ sahilində yerləşən Keçmədin kəndində eni 20 – 22 metr, hündürlüyü 8 – 12 metr arasında olan bir sahəni isə sel yuyub aparıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh