Naxçıvana uçanlara yeni güzəşt 

Yeniliklər 12 Noyabr 2014 15:46 Oxunub 1650
Naxçıvana uçanlara yeni güzəşt 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıdan Naxçıvana və geriyə hava xətti ilə uçan şəxslərə güzəşt tətbiq ediləcək

Azərbaycanın baş naziri Artur Rasizadə “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərara dəyişiklik edib. Qərarla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan Azərbaycan Respublikasının vətəndaşlarına tətbiq edilən uçuş tarifi üzrə güzəştlərdə yaş həddi aşağı endirilib. Belə ki, indiyədək I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 5 yaşından 12 yaşınadək uşaqlara və tələbələrə (ildə 2 dəfə gediş-gəliş üçün) 30 manat məbləğində güzəşt nəzərdə tutulurdu. Dəyişikliklə güzəşt tətbiq edilən uşaqların yaş həddi 5-dən 2-yə (2-12 yaş) endirilib. 2014-cü il 15 noyabr tarixindən qüvvəyə minir.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh