“Toyota” “Tesla” ilə əməkdaşlığı dayandırdı

Avtoxəbər 3 İyun 2017 15:26 Oxunub 1311
“Toyota” “Tesla” ilə əməkdaşlığı dayandırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkətlər arasında əməkdaşlıq 2010-cu ildə başlayıb

Yaponiyanın “Toyota” şirkəti ABŞ-ın “Tesla” şirkətində sahib olduğu bütün səhmləri satıb. Avtosfer.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, “Toyota” satdığı səhmlərdən 50 milyon dollar gəlir əldə edib. Qeyd edək ki, şirkətlər arasında əməkdaşlıq 2010-cu ildə başlayıb. Yaponlar “Tesla”nın səhmlərinin 3,15%-ni 40,5 milyon dollara satın alıb. O zamandan bəri “Toyota” “Tesla” batareyaları ilə çalışan idman avtomobilləri buraxıb. “Bizim “Tesla” ilə tərəfdaşlığımız sona çatdı, çünki artıq hər hansı yeniliklər yoxdur və biz qərara gəldik ki, əlimizdəki payı sataq”, - deyə “Toyota”dan bildirilib.   Xatırladaq ki, “Tesla” elektromobillərin istehsalı sahəsində ixtisaslaşıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh