Maşinistsiz idarə olunan qatarlar metro xəttinə buraxıldı

Texnologiya 3 İyun 2017 18:00 Oxunub 2020
Maşinistsiz idarə olunan qatarlar metro xəttinə buraxıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda bu xətdə 92 qatar var

İstanbulda maşinistsiz idarə olunan qatarlar metro xəttinə buraxılıb. Bu münasibətlə metronun Seyrantepe stansiyasında rəsmi mərasim təşkil olunub. Avtosfer.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Kadir Topbaş məlumat verib ki, maşinistsiz idarə olunan qatarlar Yeniqapı-Hacıosman metro xətti üzrə hərəkət edəcək. Hazırda bu xətdə 92 qatar var. Cari ilin dekabrına kimi istismara buraxılan yeni 68 qatarın sınağı başa çatacaq. Bələdiyyə sədrinin sözlərinə görə, Türkiyə istehsalı olan yeni metro qatarları müasir standartlara uyğun şəkildə sərnişinlərin xidmətinə hazırlanıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh