Tanınmış vəkil motosikletlə yol qəzasında öldü - VİDEO

Avtoxəbər 3 İyun 2017 20:09 Oxunub 4189
Tanınmış vəkil motosikletlə yol qəzasında öldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mən sola dönürdüm, məni vurub getdi"

Xətai rayonu Zığ dairəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA TV-ə istinadən məlumatına görə, tanınmış vəkil Toğrul Mirzəzadə 10-A-919 dövlət nömrə nişanlı motosikletlə hərəkətdə olan zaman idarəetməni itirib. Motosiklet hərəkətdə olan 90 FL 361 dövlət nömrə nişanlı "Qazel" markalı yük maşınına çırpılıb. Qəza nəticəsində vəkil Toğrul Mirzəzadə dünyasını dəyişib. Hadisə şahidləri motosiklet sürücüsünün başında qoruyucu dəbilqə olduğunu deyiblər. Yerdə qalmış motosikletin sürücüsünə kömək etmək istəsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. "Qazel"in sürücüsü baş verən qəzada günahı olmadığını deyib: ".

Motosiklet zərbədən qəza baş verən yerdən təxminən 30 metr kənara düşüb. Qəzaya uğrayan şəxsin vəkil Toğrul Mirzəzadə olduğunu hadisə yerində olan BDYPİ əməkdaşları deyiblər. Onlar bildiriblər ki, qəzada ölən sürücünün sağ qoltuq cibində Vəkillər Kollegiyasının üzvlük vəsiqəsi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh