Sumqayıt bu sürücüdən danışır: Pulsuz daşıyır - VİDEO

Xəbərlər 5 İyun 2017 00:04 Oxunub 3002
Sumqayıt bu sürücüdən danışır: Pulsuz daşıyır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səxavət kimi şəhid ailələrinə pulsuz xidmət göstən bir neçə sürücünün olduğu bildirilir

Sumqayıtda bir sürücü maraqlı, həmdə xeyrixah addım atıb. Sürücü Səxavət Məmmədov idarə etdiyi "Qazel" markalı avtomobillə şəhid ailləri üçün pulsuz yük daşımaqla məşğuldur. O belə bir elanı yük maşının dörd bir tərəfinə yapışdırıb. Artıq 1 ilə yaxındır ki, bu xeyrxah missiyanı öz üzərinə götürən Səxavət Məmmədov ona müracət edənlərə yük daşıdığından qürur hissi keçirtdiyini deyir.

Sürücünün sözlərinə görə, o şəhid aillərinə pulsuz xidmət göstərdiyi üçün hətta maşın ustaları da ondan təmir pulu götürmür. Səxavətin bu addımı da sakinlər tərəfindən müsbət qarşılanır.

Sumqayıtda Səxavət kimi şəhid ailələrinə pulsuz xidmət göstən bir neçə sürücünün olduğu bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh