Bakıda 2 bahalı maşın toqquşdu - FOTO

Avtoxəbər 5 İyun 2017 00:07 Oxunub 6778
Bakıda 2 bahalı maşın toqquşdu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mercedes ML" "Toyota Land Cruiser" markalı avtomobillə toqquşub

Bakının Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol qəzası baş verib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün 17:15 radələrində rayonun Koroğlu Rəhimov küçəsində qeydə alınıb. 10 CM 045 dövlət nömrə nişanlı "Mercedes ML" markalı minik maşını 90 DM 029 dövlət nömrə nişanlı "Toyota Land Cruiser" avtomobili ilə toqquşub. Hadisə nəticəsində ölən və yaralanan olmasa da, avtomobillərə ziyan dəyib. "Mercedes ML" markalı minik avtomobilin sürücüsü zərbənin təsirindən maşını bir neçə metr kənarda saxlaya bilib.



ŞƏRH YAZ
Ad

E-mail

Şərh