Qeyri-adi toy karvanı: Atlar və bəzədilmiş arabalar... VİDEO

Avtosfer TV 5 İyun 2017 00:09 Oxunub 1903
Qeyri-adi toy karvanı: Atlar və bəzədilmiş arabalar... VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qeyri-adi karvan izləyənlərin də böyük marağına səbəb olub

Tovuzda toy öz fərqliliyi ilə diqqət çəkib. Müasir dövrdə qədimi xatırladan bu toy karvanı böyük marağa səbəb olub. Görüntülər Tovuzun Xatınlı kəndindəndir. Kənd sakini Zaur Əmiraslanov öz toyunda bəy karvanını at arabalarından təşkil edib. Bununla da o, xanımına surpriz etmək istəyib. Bəy və gəlin isə xüsusi hazırlanmış faytonla kartejə qoşulublar.

Bəy qədim adətləri də yaşamaq üçün belə bir addım atdığını deyir. O, bildirir ki, xarici maşınlarla hər kəs gəlin gətirir. Ancaq bu cür toy karvanı daha yadda qalan olur.

Toy karvanı insanlarda da böyük maraq doğurub. Kənd sakinləri və qonaqlar indiki dövrdə belə toylara nadir hallarda rast gəldiklərini deyirlər.

Toy karvanı kəndin küçələrini gəzdikdən sonra məclisə daxil olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh