Artıq marketə girib-çıxan sürücülər də pul ödəyəcək - DİQQƏT

Avtoxəbər 5 İyun 2017 00:13 Oxunub 6442
Artıq marketə girib-çıxan sürücülər də pul ödəyəcək - DİQQƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir neçə iri marketin qarşısında parkomat aparatı quraşdırılıb

Bakıda marketlərin qarşısında parkomatlar quraşdırılır. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, artıq şəhərin müxtəlif yerlərində bir neçə iri marketin qarşısında parkomat aparatı quraşdırılıb. Bildirilir ki, bu aparatlar marketlərin istəyi və ya icazəsi ilə həmin yerlərə qoyulur.

Qeyd edək ki, bəzi hallarda marketlərin qarşısında və ətrafında olan dayanacaqlar müştərilər üçün pulsuz olduğundan bəzi kənar şəxslər də bu yerlərdən istifadə edir. Bu isə həm market sahiblərini, həm də parklanma məsələləri ilə məşğul olan Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsini narazı salır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh