Avtobus kartının istifadəsinin dəqiq vaxtı açıqlandı

Yeniliklər 12 Noyabr 2014 17:56 Oxunub 1587
Avtobus kartının istifadəsinin dəqiq vaxtı açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Martın 1-dən avtobuslarda ancaq kart işləyəcək

Azərbaycanda gələn ilin martından etibarən avtobuslarda ödəniş yalnız kartlarla həyata keçiriləcək. Bunu Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov «Hesab vaxtına» açıqlamasında deyib. “Elektron ödənişə keçib, nəğd ödənişi tamamilə aradan qaldırmaq istəyirik. Bununla bağlı konkret təkliflərimiz var. Avtobusların çoxunda artıq bu validatorlar quraşdırılıb. Hədəfimiz odur ki, martın 1-dən ödənişləri yalnız kart sistemi ilə həyata keçirək. Çünki şəhərə minlərlə qonaqlar gələcək. Gələn qonaqlar rahatlıqla bu kartlardan istifadə etsinlər”.

O həmçinin Avropa Oyunları ərəfəsində Bakıya gətirilən yeni avtobuslara da həmin validatorlardan qurlaşdırılacağını deyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh