Dünyanın ən sürətli lifti istifadəyə verildi - Çində

Texnologiya 5 İyun 2017 15:13 Oxunub 1703
Dünyanın ən sürətli lifti istifadəyə verildi - Çində
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lift 530 metrlik göydələnin ən yuxarı mərtəbəsinə cəmi 25 saniyəyə qalxmağı bacarır

Çində dünyanın ən sürətli lifti istifadəyə verilib. Avtosfer.az lent.az-a istinadən məlumatına görə, bu lift 530 metrlik göydələnin ən yuxarı mərtəbəsinə cəmi 25 saniyəyə qalxmağı bacarır. Olduqca sürətli lift Çinin cənubundakı Quançjou vilayətində “CTF Finance Center” maliyyə mərkəzində quraşdırılıb. Onu Yaponiya şirkəti sifarişlə layihələndirib. Bildirilir ki, möcüzəli lift sürətini 75,6 km/saata qədər artıra bilir. Əslində belə bir göstəricilərə sınaqlar zamanı qeydə alınıb. Ancaq daimi istifadə zamanı o, bir az yavaş - 72 km/saat sürətlə hərəkət edəcək. Aşağı düşərkən isə liftin sürəti 36 km/saata qədər sürətini azaldacaq. Bununla da o, ən yuxarı mərtəbədən ən aşağı mərtəbəyə cəmi 1 dəqiqəyə gəlib çıxacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh