Sürücülük vəsiqəsi almaq istəyənlər... - BU XƏBƏRƏ DİQQƏT

Avtoxəbər 5 İyun 2017 16:03 Oxunub 26656
Sürücülük vəsiqəsi almaq istəyənlər... - BU XƏBƏRƏ DİQQƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
38 manat ödədikdən sonra cəmi yarım saata almaq olar

"Sürücülük vəsiqəsi əldə etmək istəyən şəxs yaxşı olardı ki, sürücülük məktəbinə yazılsın, orada nəzəri biliklər alsın, təlim keçsin, sonra imtahana getsin”. Bu sözləri yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, qanunvericilik üzrə məktəb oxumadan, sərbəst hazırlaşaraq, "A1”, "A” və "B” kateqoriyaları üzrə insanlara imtahana getmə hüququ verir. Bunun üçün yaşadığınız ərazi üzrə DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələrinə müraciət etməlisiniz.

Qeyd edək ki, sürücülük imtahanına buraxılmaq üçün ilk dəfə 20 AZN, növbəti hər dəfə üçün isə 10 AZN dövlət rüsumu ödənilir. İmtahanı uğurla verən şəxsə yarım saat müddətində sürücülük vəsiqəsi verilir. Vəsiqənin verilməsinə görə 18 AZN dövlət rüsumu ödənilir.

 

metbuat.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh