Bakıda sakinlər və müəssisələr üçün nəqliyyat nişanları - FOTO

Yarışma 5 İyun 2017 16:54 Oxunub 2927
Bakıda sakinlər və müəssisələr üçün nəqliyyat nişanları - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İyunun 19-u gecə saat 01:00-dan etibarən iyunun 27-i səhər saat 06:00-dək bağlı olacaq

Bakı Şəhər Halqası (BŞH) ətrafında yaşayan sakinlər və fəaliyyət göstərən müəssisələr üçün nəqliyyat nişanı nümünələri təqdim edilib. BŞH-dən Avtosfer.az-a verilən məlumata görə, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 19-u gecə saat 01:00-dan etibarən iyunun 27-i səhər saat 06:00-dək bağlı olacaq. 1 və 2-ci zonalarda nəqliyyatın hərəkətinə ancaq gecə vaxtı 00:00-dan səhər 06:00-dək icazə veriləcək. 3-cü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində icazə veriləcək və müvafiq nişana sahib olan avtomobillər istənilən saatda bu zonaya daxil ola biləcəklər. 1-ci zonaya giriş Azneft dairəsi tərəfdən, 2-ci zonaya giriş isə Rəşid Behbudov küçəsi tərəfdən olacaq.

1 - İçərişəhər

2 - Azadlıq meydanı və yaxınlığında yerləşən digər ərazilər

3 - BMT-nin 50 illiyi küçəsi

http://cdn.trend.az/media/pictures/2017/06/05/baki_halqasi_050617_01.jpg

http://cdn.trend.az/media/pictures/2017/06/05/baki_halqasi_050617_03.jpg

http://cdn.trend.az/media/pictures/2017/06/05/baki_halqasi_050617_03.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh