Sürücülərin diqqətinə: Bu yerlərdə park etmək pullu olacaq - VİDEO

Yeniliklər 6 İyun 2017 00:21 Oxunub 1341
Sürücülərin diqqətinə: Bu yerlərdə park etmək pullu olacaq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Amma marketlərin mülkiyyətində olan torpaq sahəsində parkomatlar quraşdırıla bilməz

Bakıda marketlərin qarşısında dayanacaq ödənişli olacaq. Bu məqsədlə parkomatlar quraşdırılır. Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi tərəfindən nəzarət ediləcək dayancaqlarda parklanmanın hansı qiymətə olacağı hələlik müəyyənləşməyib. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, marketlərin qarşısında parkomatların hansı qayda üzrə quraşdırılması, eləcə də qiymətlərini Nazirlər Kabineti müəyyən etməlidir.

Ancaq qaydaya görə, marketlərin mülkiyyətində olan torpaq sahəsində parkomatlar quraşdırıla bilməz.

Bakı Şəhər İcra Hakinimyyəti isə parkomatların hansı ərazilərdə quraşdırılması və prosesə nə vaxtdan başlanılması ilə bağlı müraciətə cavab vermədi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh