Həmin yol polisləri cəzalandırılacaq - DYP-dən XƏBƏRDARLIQ

Yol polisi 6 İyun 2017 01:30 Oxunub 7166
Həmin yol polisləri cəzalandırılacaq - DYP-dən XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: "Mükafatlar, o cümlədən də cəzalar almağımız görülən işlərin nəticəsidir"

“Yol-patrul xidməti haqqında Təlimat”a edilən dəyişikliklərə əməl etməyən yol polisləri cəzalanacaq. Daxili İşlər Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilən və mayın 19-dan qüvvəyə minən yeni “Yol-patrul xidməti haqqında Təlimat”da dəyişiklik edilib. Dəyişikliyə əsasən, Azərbaycanda Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən nəqliyyat vasitələri ilə Yol-patrul xidməti (YPX) gizli və qarışıq formada patrul və əməliyyat-xidməti aparmaq qadağan edilib. Maraqlıdır ki, yol polisi təlimata əməl edəcəkmi?

Bakı Şəhər Dövlət Yol Polisi Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov cebhe.info-ya açıqlamasında bu haqda danışıb: “DYP əməkdaşlarının hərbiləşdirilmiş rejimdə işlədiyini nəzərə salsaq, deyə bilərik ki, heç şübhəsiz ki, bu təlimat müzakirə edilmədən yerinə yetiriləcək. Müəyyən mükafatlar, o cümlədən də cəzalar almağımız görülən işlərin nəticəsidir. Dəyişikliklər artıq yerinə yetirilir”.  

Maraqlıdır ki, bu vaxtadək DYP-nin gizli fəaliyyətlə məşğul olmadığı deyilirdi. Lakin edilən dəyişikliklər bir daha onu göstərir ki, bu vaxtadək bəzi DYP əməkdaşları gizlin fəaliyyətlə məşğul olub: “Vaxtilə DYP əməkdaşlarının gizli fəaliyyətlə məşğul olması da qanunla tənzimlənib. Gizli, aşkar xidmət nəzərdə tutulmuşdusa da, bu xidmətlə əlaqədar olaraq tərəfimizdən zəruri tədbirlər həyata keçirilirdisə də, artıq dəyişiklik edildiyindən əmrə uyğun fəaliyyətimizi quracağıq”. 

V.Əsədovun sözlərinə görə, qanunu pozan yol polisi əməkdaşları cəzalandırılacaq. 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh