Yol polisi “Milyonçular məhəlləsi”ndə sərt addım atdı– Sürət və kamera

Yol polisi 6 İyun 2017 01:32 Oxunub 6263
Yol polisi “Milyonçular məhəlləsi”ndə sərt addım atdı– Sürət və kamera
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin küçədə yol qəzalarının sayının artması DYP-ni narahat edir

Dünən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Bakının Nərimanov rayonu, Məmməd Araz (küçmiş Teymur Əliyev) küçəsində hərəkətin təşkili ilə bağlı dəyişiklik edib. Bu barədə Avtosfer.az-a DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, həmin küçədə son vaxtlar yol qəzalarının sayı artdığı üçün DYP rəhbərliyi bundan narahat olub: “Son təhlillər onu göstərir ki, həmin küçədə qəzalar çox baş verir. Bu da əsasən sürət həddinin aşılması və sürücülərin haradan gəldi dönmə əməliyyatı aparması ilə bağlı idi. Bunu nəzərə alaraq yol polisi Məmməd Araz küçəsində sürət həddini saatda 50 km-ə endirib və bununla bağlı nişanlar quraşdırılıb. Bundan əlavə, küçə boyu daha iki yerdə kamera qoyulub ki, bu da sürət həddini aşanların və digər qayda pozanların aşkar edilməsi üçün nəzərdə tutulur. Küçədə eyni zamanda, qoşa xətt çəkilib. Bundan sonra sürücülər yalnız iki yerdən sağa-sola və geriyə dönə biləcəklər. Düşünürük ki, sürücülər bu qaydalara əməl edərsə həmin küçədə qəzaların sayı xeyli azalacaq”.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh