Tornado başladı, kişi həyəti təmizləməyə davam etdi

Maraqlı 6 İyun 2017 07:42 Oxunub 1280
Tornado başladı, kişi həyəti təmizləməyə davam etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sözügedən fotonu facebookda yerləşdirdiyi 2 gün ərzində onu 3.5 min nəfər paylaşıb və bu, ciddi səs-küy yaradıb

Kanadanın Tri Hills şəhər sakini evinin qabağındakı otu xüsusi aparatla təmizləyən vaxt tornado başlayıb. Avtosfer.az-ın musavat.com-a istinadən xəbərinə görə, o, həmin vaxt tornadoya baxmayaraq işini davam etdirib və həyat yoldaşı bu anı fotoaparatın yaddaşına həkk edərək, yayıb. Fotolar və kişi bir günün içində internetdə fenomenə çevrilib. Qadın bayırdakı tornadoya görə narahat olsa da, kişi işini yarımçıq qoymaq istəməyib və deyib ki, təlaşa səbəb olacaq heç nə yoxdur. Onun dediyinə görə, tornado təxmin edildiyindən çox uzaqda baş verib. Hadisənin baş verdiyi yerlə onun evi arasında iki kilometr olub və tornado şəkil çəkiləndən 5 dəqiqə sonra bitib. Şəhər sakinlərindən heç kim zərər çəkməyib. Qadın isə iddia edir ki, sözügedən fotonu facebookda yerləşdirdiyi 2 gün ərzində onu 3.5 min nəfər paylaşıb və bu, ciddi səs-küy yaradıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh