BMW-dən yeni 8-Series - FOTO

Avtoxəbər 6 İyun 2017 08:01 Oxunub 1720
BMW-dən yeni 8-Series - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Avtomobilin seriyalı versiyası gələn il satışa çıxarılacaq

BMW şirkəti yeni kupe 8-Series-in konseptini təqdim edib. Prototipin rəsmi təqdimatı mayın 26-da İtaliyada keçirilən Concorso d’Eleganza Villa d’Este müsabiqəsində olub. 8-Series möhtəşəm avtomobillərin seqmentini genişləndirmək üçün attıdığımız növbəti addımdır. Bu, növbəti mərhələdir, - deyə BMW AG-nin məşvərət şurasının sədri Harald Krüqer bildirib. 8-Series-in dizaynının bəzi elementləri konsept Pininfarina Gran Lusso-nu xatırladır. O, 2 il bundan əvvəl təqdim edilmişdi. Avtomobil uzun kapot, enli təkər arkaları alıb. Avtomobili, həmçinin böyük radiator barmaqlığı, aqressiv bamperlər, qızılı əyləc supportları, spoyler və iki borulu idman qaz buraxma sistemi ilə təchiz ediblər. Bundan əlavə, yenilik lazer faralar, L-şəkilli diodlu fənərlər və 21-düymlük təkər diskləri alıb. BMW 8-Series şirkətin keçmişə məxsus ikiqapılı möhtəşəm idman avtomobillərinə bənzər ənənələr əsasında yığılıb. Bizim model sırasında o, arzuolunan avtomobil olacaq, deyə Krüqer əlavə edib. Avtomobilin seriyalı versiyası gələn il satışa çıxarılacaq. O, dünya bazarında Mercedes-Benz S-Class Coupe və Bentley Continental GT ilə rəqabət aparacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh