Polislər qan verdi - FOTO

Yol polisi 6 İyun 2017 14:06 Oxunub 1319
Polislər qan verdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar da bu nəcib təşəbbüsə qoşulublar

Artıq xeyli vaxtdır ki, ölkəmizdə möhtərəm dövlət rəhbərimizin təsdiq etdiyi "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"na və Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Talassemiyasız həyat naminə" proqram layihəsinə uyğun olaraq qanvermə aksiyası keçirilir. Aksiyanın humanitar əhəmiyyətini və fiziki imkanı yetərli olan hər kəsin vətəndaşlıq borcu olduğunu ifadə etmək üçün daha çox "Qan ver, yaşat!" devizi ilə gerçəkləşən humanitar təşəbbüs ölkə əhalisi tərəfindən gərəyincə dəstəklənir. Artıq bir neçə ildir ki, bu nəcib və humanist missiyaya daxili işlər orqanları da fəal şəkildə qoşulub. 

Səhiyyə Nazirliyinin B.Eyvazov adına Respublika Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının təşkilatçılığı və dəstəyi ilə növbəti belə tədbir iyunun 6-da Oğuz rayonunda baş tutub. Mərkəzi Klinik Xəstəxananda gerçəkləşən xeyirxah aksiyada rayonun bütün idarə, müəssisə və təşkilatlarının əməkdaşları ilə bir sırada Rayon Polis Şöbəsinin şəxsi heyəti də fəal iştirak edib. 

RPŞ-nin rəisi, polis polkovniki Tahir Quliyev bu nəcib təşəbbüsə qoşulmağı səhhəti imkan verən hər bir əməkdaşın vətəndaşlıq borcu olduğunu diqqətə çatdırıb. 

 

Natiq Cavadov,

DİN Mətbuat Xidmətinin əməkdaşı 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh