Bu dairəyə də işıqforlar quraşdırıldı – Qəzalar azalacaq

Avtoxəbər 6 İyun 2017 15:22 Oxunub 4823
Bu dairəyə də işıqforlar quraşdırıldı – Qəzalar azalacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Artıq sabahdan etibarən işıqforlar fəaliyyətə başlayacaq.

Xırdalan şəhərində, Masazır dairəsi deyilən əraziyə işıqforlar quraşdırılıb. Pressclub.az-ın məlumatına görə, işıqfor dirəkləri bu gün gecə saatlarında dairənin hər tərəfinə yerləşdirilib. İş icraçılarının verdiyi məlumata görə, artıq sabahdan etibarən işıqforlar fəaliyyətə başlayacaq.

Xatırladaq ki, sözügedən dairədə mütəmadi olaraq qəza baş verirdi. Sürücülər isə, qəzalara səbəb kimi işıqforun olmamasını, nizamsız hərəkəti göstərirdilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh