Tıxaca düşmək istəməyənlərə vacib xəbər – Tıxac.az yeniləndi

Yazarlar 7 İyun 2017 11:51 Oxunub 4043
Tıxaca düşmək istəməyənlərə vacib xəbər – Tıxac.az yeniləndi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu sayt vasitəsilə harada tıxac olduğunu dərhal öyrənə bilərsiniz

“Caspian Nav Tel” şirkəti sürücülərin işini asanlaşdırıb. Şirkətin təsis etdiyi Tıxac.az saytı artıq yeni formada istifadəçilərin ixtiyarına verilib. Şirkətin baş direktoru Rizvan Cəfərov Avtosfer.az-a bildirib ki, Azərbaycanın istənilən bölgəsi üzrə axtarış verib hansı yolun bağlı olduğunu, tıxac yarandığnı və faktiki hərəkat sürətini öyrənmək mümkündür. Saytda respublikanın hər bir bölgəsindəki yolların vəziyyətini dərhal öyrənə bilərsiniz. Burada həm də radarların yerini bilmək mümkündür. Gedəcəyiniz ünvana bu sayt vasitislə baxıb sonra yola çıxmaq daha faydalıdır. Siz günün istənilən vaxtı yollardakı vəziyyəti Tıxac.az saytından öyrənə bilərsiniz.

Tıxac.az saytındaki yeniliklərdən biri də odur ki, digər saytlarla və reklam şirkətləri ilə əməkdaşlıq təklif olunur.

“Play market”də Tıxac.az-ı axtarıb Android tipli telefonlara və Desktop versiyasını komputerinizə yükləmək mümkündür.

Tıxac.az saytının qələcəkdə başqa faydalı funksiyaları da əlavə olunacaq. Xsusi ayrılmış yolda təklif və iradlarınızı həmin saytın elektron ünvanına göndərə bilərsiniz.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh