Formula 1 üçün eyvan icarəyə verilir - Bakıda yeni elanlar - VİDEO

Yarışma 7 İyun 2017 00:45 Oxunub 2009
Formula 1 üçün eyvan icarəyə verilir - Bakıda yeni elanlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Trekin keçdiyi ərazilərdə yarış zolağına baxan eyvanlara maraq artıb

"Formula 1" yarışlarına az qalmış evinin eyvanı yarış zolağını görən ev sahibləri müştəri axtarmağa başlayıblar. Onlar müxtəlif saytlara elanlar yerləşdirərək, yarışı izləmək istəyənlərə eyvanlarını icarəyə verməyə hazırlaşırlar. Belə eyvanlarda tamaşaçılara müxtəlif xidmətlər də təklif edilir. Ev sahibləri deyirlər ki, ötən il müştəri tapmaqda çətinlik çəkiblər. Bu ilə isə bəzi səyahət şirkətləri belə evlərlə maraqlanmağa başlayıblar. Qiymətlər isə qarşılıqlı razılıq əsasında müəyyənləşdiriləcək. Üstəlik, eyvanlarda televizor da qoyulacaq ki, qonaqlar trekin görünməyən ərazilərini izləyə bilsinlər.

"Formula 1" əməliyyat komitəsinin sözçüsü Nigar Arpadarainin "Xəzər Xəbər"ə verdiyi məlumat görə, belə eyvanların sakinlər tərəfindən icarəyə verilməsində heç bir qadağa yoxdur. Sadəcə ev sahibləri hər hansı yad əşyanın oyun zolağına atılmamasına diqqət etməlidirlər. Əks halda bu şəxslər məsuliyyətə cəlb ediləcəklər. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh