Yol polisindən nömrəni saxtalaşdıranlarla bağlı - XƏBƏRDARLIQ - VİDEO

Yol polisi 7 İyun 2017 00:50 Oxunub 1676
Yol polisindən nömrəni saxtalaşdıranlarla bağlı - XƏBƏRDARLIQ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Saxtakar sürücü bir gündə bu üsulla 16 qayda pozdu

Gəncə şəhərindən olan bir sürücü "Hyundai" markalı avtomobilinin dövlət qeydiyyat nişanın "C" hərfini yapışqan lentlə "O" hərfinə çevirib. Avtosfer.az xəbər verir ki, avtomobili bir müddət bu şəkildə idarə edən sürücünün pozduğu qaydalara görə tərtib edilmiş cərimə protokolları da dəyişilmiş nömrənin sahibinə göndərilib. Həmin nömrə isə "Toyota-Land Gruiser" markalı avtomobilə aid olub. Törətmədiyi qayda pozuntularına elektron protokolların yazılması sahibini şübhələndirib. Protokola diqqətlə baxdıqdan sonra fırıldağı müəyən edib.

Dövlət yol polisi aşkarlayıb ki, "CK” hərfləri olan nömrəyə qeyri-qanuni müdaxilə edən "Hyundai" markalı avtomobilin sürücüsü cərimələrdən xilas olacağını düşünüb.

Baş Dövlət yol Polis İdarəsinin şöbə rəisi Kamran əliyev sürücülərə bir daha xəbərdarlıq edərək bildirir ki, son zamanlar artan belə saxtalaşdırma hallarına yol verənlər mütləq polis tərəfindən aşkarlanır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh