Bakıda daha bir ölüm avtobusu - VİDEO

Xəbərlər 13 Noyabr 2014 12:14 Oxunub 1806
Bakıda daha bir ölüm avtobusu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Binəyə gedən avtobus qapısı açıq sürülür

Bakıda sərnişin avtobuslarından şikayətlər gəlməkdə davam edir. Sakinlərin “qaynar xətti”ə etdikləri şikayətlərdə bildirirlər ki, Bİnə qəsəbəsi istiqamətindən işləyən 160 saylı iritutumlu avtobuslar çox bərbad vəziyyətdədir. Sakinlərin sözlərinə görə, günün bütün saatlarında avtobus qapılarında sərnişinlər sallanaraq gedirlər. Bundan başqa, həmin avtobus gec-gec işləyir. Avtobuslar həmişə basırıq olur. İnsanlar işə gecikirlər. Məsələyə aydınlıq gətirmək üçün avtobusun tabe olduğu “Ayşən” MMC-nin direktor müavini Zabir Hüseynovla əlaqə saxladıq. Onun anspress-ə verdiyi məlumata görə, məsələ barədə məlumatlıdırlar. “Binə yolu çox bərbad vəziyyətdədir. Həmin xəttə 29 “Daewoo” markalı avtobusumuz işləyir. Lazım olsa avtobusların sayını 35-ə qaldıra bilərik. Amma yolun bərbad vəziyyətdə olması bizə mane olur. Sürücülər işləmək istəmirlər. Yollarda əjdaha boyda yamalar var. Dəfələrlə bu barədə lazımı qurumlara şikayət etmişik. Yenə də xeyri yoxdur. Əlacsız qalmışıq”, - deyə Zabir Hüseynov bildirib. Şirkət rəsmisinin sözlərinə görə, dəfələrlə sürücülər sərnişinlər tərəfindən döyülüb. Sürücülər qapı açıq halda sürmək istəmədikləri üçün döyülüblər.

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətindən də hadisə barədə xəbərdar olduqlarını bildirdilər. MMC-nin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdiri Elçin Nəsirovun verdiyi məlumata görə, hətta bir müddət əvvəl həmin istiqamətdə avtobusun hərəkəti dayandırılıbmış. Lakin sonradan çoxsaylı şikayətlər nəticəsində avtobusun fəaliyyəti bərpa olunub. “Sahibkar şikayət edir ki, avtobusları qırılır. İnterval da yolların bərbad olması səbəbindən pozulur. Həmin ərazidə yol dəhşətli vəziyyətdədir”, - deyə Elçin Nəsirov bildirib.

Qeyd edək ki, Fuad Haşımov adlı oxucumuz həmin avtobuslarıdan birinin hansı vəziyyətdə işləməsini əks etdirən video çəkərək göndərib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh