14 yaşlı velosipedçi yük maşınının altında qalıb öldü - FOTO

Qaydalar 7 İyun 2017 00:59 Oxunub 1521
14 yaşlı velosipedçi yük maşınının altında qalıb öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeniyetmə hadisə yerində dünyasını dəyişib

Cəlilabad rayonunda velosipedçi yük avtomobilinin altında qalaraq ölüb. Avtosfer.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib. Belə ki, rayonun Kövüzbulaq kənd sakini İlham Ağayev idarə etditi “Zil” markalı yük maşını ilə Uzuntəpə kənd sakini, 14 yaşlı Elnur Mirzəyevi vurub. Yük maşınının altında qalan yeniyetmə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh